Modern.az

Ermənistan Madrid prinsiplərindən imtina edir?

Ermənistan Madrid prinsiplərindən imtina edir?

Qarabağ

22 Sentyabr 2020, 10:43

“Madrid prinpirləri birmənalı olaraq qəbuledilməzdir”.

Modern.az xəbər verir ki, bu barədə qondarma rejimin rəhbəri Araik Arutunyan açıqlama verib.

“Münaqişə ilə bağlı irəliləyiş ola bilər, amma bu irəliləyiş bizi məmnun etmir. Buna görə də mənim tərəfimdən rədd edilir. Qarabağda 1 nəfər belə tapa bilməzsiniz ki, Madrid prinsiplərini bizim üçün qəbuledilən adlandırsın. Bu yanaşmada ikinci mövqeyə yer yoxdur”.

 

Arutunyan Ermənistanın danışıqlar prsoesində mövqeyinin get-gedə sərtləşdiyini açıq dillə ifadə edib. O,  Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayponun işğağlının davam etdiriləcəyini və bunun ilk növbədə təhlükəsizlik məqsədi daşıdığını deyib.

Beləliklə, rəsmi Yerevan Arutunyanın dili ilə, Qarabağ münaqişəsinin həlli üçün uzun illər əsas sənəd kimi qəbul edilən Msrid prinsiplərini rədd etmiş olur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı