Arxiv
22 Sentyabr 2020, 13:48 | AKTUAL
Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir

 

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt edərək, bir milyondan çox insanın hüquqlarını pozan Ermənistanın faşist ideologiyasına xidmət edən işğalçılıq siyasəti son zamanlar daha da fəallaşıb.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

 

Millət vəkili bildirib ki, başqasının torpağına, el-obasına göz dikən, insanları evsiz-eşiksiz qoyan, ata-baba yurdundan didərgin salan Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. İllərdir Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdür, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini hərbi işğal altında saxlayır və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirir, bölgədə münaqişə ocağı yaradaraq dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədir.

 

Hazırkı Paşinyan hakimiyyəti terrora dövlət səviyyəsində dəstək verir. Ermənistanın baş nazirinin yürütdüyü işğalçı siyasəti, sərsəm ritorikaları, qeyri-ciddi çıxışları bu ölkənin siyasi iflasınından xəbər verir. Aciz və çıxılmaz vəziyyətdə olan Paşinyan hakimiyyəti müxtəlif manipulyasiyalar, cəfəng bəyanatlarla Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllindən yayınır, danışıqlar prosesini pozur, hərbi-siyasi xarakterli təxribatlarını davam etdirir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.

 

Dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququn normalarını pozmaqda davam edən Paşinyan hökuməti bir yandan işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırmaya start verir, bir yandan ordusunu silahlandırır. 

 

Prezident İlham Əliyevin "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa etdi. Eyni zamanda dövlət başçımız Ermənistana xəbərdarlıq mesajı göndərdi: "Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

 

Gücünə və nüfuzuna arxalanan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində hər zaman prinsipial mövqe nümayiş etdirib, qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyb, işğalçı Ermənistana törətdikləri təxribatların qarşısını almaqda da, diplomatiya müstəvisində də böyük zərbələr vurub. 

 

Ermənistan xalqı ölkələrini uçuruma aparan bugünkü rəhbərliyin məsuliyyətsiz addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil etməli və növbəti məğlubiyyəti yaşamamaq üçün Paşinyan hakimiyyətinin revanş götürmək cəhdinə aldanmamılıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə sosial dəstək göstərilib - FOTO 28 Oktyabr 2020, 10:29 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnika və silah-sursatın görüntüləri yayıldı 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20