Modern.az

Quba sakini intihar etdi

Quba sakini intihar etdi

22 Sentyabr 2020, 21:11

Quba rayonunda intihar hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Püstəqasım kəndində qeydə alınıb.

Belə ki, Rustov kənd inzibati ərazi dairəsinin tərkibində olan Hacağalar kənd sakini, 2004-cü il təvəllüdlü Ülvi Rufət oğlu Mustafayev özünü Püstəqasım kənd sakinin Sultan Yəhyayevin evinin həyətyanı sahəsində asıb.

Məktəbli Püstəqasım kənd sakinləri ilə birlikdə bir müddətdir alma yığmağa gedirmiş. Ancaq bu gün işə getməyərək Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin evin həyətyanı sahəsində tut ağacından asılmış vəziyyətdə görüblər.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (Report)

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi