Arxiv
24 Sentyabr 2020, 14:20 | AKTUAL
Azərbaycanda Elektron Su Portalı istifadəyə verildi

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək, vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın, operativliyin, şəffaflığın və səmərəliliyin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Elektron Su Portalı (http://e-su.az) istifadəyə verilib.

 

ASC-dən Modern.az-a bildirilib ki, sentyabrın 24-də portalın təqdimatı ilə bağlı keçirilən brifinqdə “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov bildirib ki, bu sistem kommunal sektorda ilk dəfədir tətbiq olunur. Portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib. Portalda “Azərsu” ASC-nin tətbiq etdiyi bir çox elektron xidmətlər vahid platformada birləşdirilib. Bu sistem vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

Elektron Su Portalına giriş “Asanlogin” üzərindən həyata keçirilir. Sistemə daxil olduqdan sonra abonent kodu, telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunur. Sistem Elektron Hökumət Portalına inteqrasiya olunduğundan qeydiyyat zamanı istifadəçi barədə məlumatlar dərhal sistemdə görünür.

 

Portalda istifadəçilərə 5 abonent kodunu idarə etmək imkanı yaradılıb və vətəndaşlar həmin kodlara uyğun abonent məlumatlarını dərhal əldə edirlər. Burada içməli su və tullantı su xidmətlərinə görə formalaşmış bildirişlər əldə etmək və ödənişlər aparmaq mümkündür. Eyni zamanda abonentlər bütün ödənişləri ilə bağlı məlumatları da sistem vasitəsilə əldə edə bilərlər. Bu da gələcəkdə ödənişlərlə bağlı mübahisəli məsələləri aydınlaşdırmağa imkan verir. Portal üzərindən əhali qrupu üzrə istehlakçılar mexaniki sayğacların göstəricilərini təqdim edib bildirişləri əldə edə bilərlər. Gələcəkdə vətəndaşlar texniki şərtin alınması, su nümunələrinin yoxlanılması, yeni istifadəçinin qeydə alınması xidmətlərindən də yararlana biləcəklər.

 

  Bu sistem “Azərsu” ASC-yə ünvanlanan müraciətlərin icra vəziyyətini izləməyə də imkan verir. Belə ki, vətəndaşlar müraciət etdiyi gündən müraciətin icra vəziyyətini canlı olaraq izləyə bilir. Müraciətin hazırki icra mərhələsi, son icra tarixi və məsul şəxslər barədə məlumatlar əldə edə bilərlər. Müraciətlərin araşdırılması üçün əlavə vaxt tələb olunduqda bu barədə vətəndaşa onlayn qaydada məlumat verilir.  

Portalda vətəndaşlar üçün “online çat” imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkandan yararlana bilər.

 

Hazırda istifadədə olan ilkin versiyada bəzi xidmətlər aktivdir. Portalda təqdim edilən xidmətlərin çeşidinin genişləndirilməsi üzərində mütəmadi işlər aparılır. Gələn ildən portalın mobil versiyası da istifadəyə veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05 Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib 29 Oktyabr 2020, 18:00 Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı məlumat YAYDI 29 Oktyabr 2020, 17:54