Arxiv
24 Sentyabr 2020, 14:53 | AKTUAL
Naftalanda imtiyazlı ailələrin problemləri həll olunur

Ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların ailələri, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin qayğısı ilə əhatə olunur. Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyeva hər  an onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayır, onların sağlamlığı, övladlarının təhsil və digər problemləri istiqamətində müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirirlər.

 

Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətin başçısı Vüqar Novruzovun və Millət vəkili Anar Məmmədovun dəstəyi ilə daha bir şəhid ailəsinin müraciəti əsasında ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülmüş, yaşadıqları fərdi yaşayış evinin dam örtüyü yenilənib.

 

Bu gün şəhər rəhbəri və Millət vəkili şəhid İsa Məmmədovun ailəsinin yaşadığı evdə olub, görülən işlərlə, eləcə də ailənin qayğı və problemləri ilə maraqlanıblar.

 

Görülən işləri, eləcə də göstərilən diqqət və qayğını razılıq hissi ilə qeyd edən şəhidin bacısı Rəna Məmmədova qaldırılan məsələyə qısa bir vaxtda baxılmasına görə onlara minnətdarlığını bildirib. Ölkə başçısının şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğısının Naftalanda  öz real əksini tapdığını qeyd edən şəhidin bacısı hər zaman dövlətinə arxalandığını vurğulayıb. 

 

Daha sonra Qarabağ müharibəsi əlili Yaməddin Dəmirovun müraciəti ilə əlaqədar onun yaşadığı evə baş çəkilib, ailənin şəraiti ilə yaxından tanış olunub və mənzil şəraitlərindəki problemlərinin həlli istiqamətində  müvafiq tapşırıqlar verilib. 

 

Qeyd edək ki, ölkə rəhbərinin qayğısının bariz nümunələrindən biri də məhz, hazırda şəhər ərazisində 10-dan artıq şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi yaşayış evlərinin inşası işlərinin aparılmasıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmən bölmələri ordumuz tərəfindən darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05 Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib 29 Oktyabr 2020, 18:00 Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı məlumat YAYDI 29 Oktyabr 2020, 17:54 Düşmən yenidən Goranboy, Tərtər və Bərdəni artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 17:48 Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ 29 Oktyabr 2020, 17:43