Modern.az

Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb

Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb

24 Sentyabr 2020, 16:44

Biləsuvar rayonunda bu günədək koronavirus infeksiyasına yoluxan, sağalan və ölənlərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, rayonda indiyədək virusdan 11 nəfər vəfat edib.

 

Belə ki, indiyədək koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar (COVID-19) 5 974 test aparılıb. Eyni zamanda 324 yoluxma, 265 sağalma və 11 ölüm  faktı qeydə alınıb.

 

Hazırda aktiv xəstə sayı 48 nəfərdir. Onların müalicəsi xəstəxana və ev şəraitində davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi