Modern.az

İranda təyyarə qəzası

İranda təyyarə qəzası

25 Sentyabr 2020, 20:32

İranda təlim təyyarəsi qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, hadisə ölkənin Əlborz vilayətinin Nəzərəbad bölgəsində qeydə alınıb.

Məlumata görə, təyyarə təlim üçün havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb.

Vilayətin səhiyyə xidmətləri idarəsinin rəisi Mehrdad Babayi mətbuat nümayəndələrinə bildirib ki, yaralılar helikopterlə yaxınlıqdakı Kərəc şəhərinə aparılıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti çox ağır qiymətləndirilir.

İranın hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar araşdırma aparır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir