Modern.az

Koronavirus beyin xərçəngi yarada bilər

Koronavirus beyin xərçəngi yarada bilər

Aktual

26 Sentyabr 2020, 10:03

Koronavirus beyin şişinə səbəb ola və ya xəstəlik mövcuddursa, onun inkişafını sürətləndirə bilər.

 

Modern.az xarici KİV-ə istinadən məlumat verir ki, Bezmalem Vakıf Universitetinin türkiyəli alimləri belə bir qənaətlə çıxış ediblər.

 

Belə ki, SARS-Cov-2 səthində xaricdən tikana bənzəyən zülal var. Bu tikanlar virusun hüceyrəsinin reseptoruna yapışmasına şərait yaradan “tac” əmələ gətirir. Molekullar bu tacın köməyi ilə onkoloji xəstəliyin inkişafına səbəb olan sinir toxumalarına yapışırlar.

 

Alimlər bu mümkünlüyü kompüter modelləşdirməsindən istifadə edərək sübut ediblər.

 

Rusiyalı mütəxəssislər nəzəriyyəyə şübhə ilə yanaşsalar da, virusların həqiqətən də şişlərin ortaya çıxmasına səbəb ola biləcəyini nəzərə alaraq, bunun daha çox araşdırma tələb etdiyini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı