Arxiv
1 Oktyabr 2020, 15:58 | QARABAĞ
Ermənistan dağa çırpılan Su-25 qırıcısını özü vurub - FAKTLAR

Sentyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin Basarkeçər (Vardenis) rayonu ərazisində vurulması barədə məlumat yaydı.

 

Basarkeçər (Vardenis) rayonu Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ilə həmsərhəddir. Bu rayonda yerləşən ağır artilleriya və Hava Hücumundan Müdafiə Sistemi 1993-cü ilin aprelində Kəlbəcərin işğalında ciddi faktor olub. İndi isə Basarkeçərdə (Vardenis) yerləşdirilən bu bazadan Azərbaycan ərazilərinə hücum üçün istifadə edilir.

Ermənistan tərəfi hər zaman olduğu kimi informasiya məsələsində təxribatlara əl ataraq guya Vardenis şəhəri və Qeqarkunik vilayətinin digər yaşayış məntəqələrində Azərbaycana məxsus pilotsuz təyyarələrin uçuş həyata keçirdiyini döyüşlərin ilk günündən açıqlayırdı. Sentybarın 29-da yayılan rəsmi xəbərdə isə rəsmi Yerevan ilk andan Su-25 təyyarəsini Türkiyəyə məxsus F-16 qırıcısının atəş açdığını iddia edirdi. İddiaların absurdluğu və heç bir ölkənin kəşfiyyatı tərəfindən bunun təsdiqlənməməsi Ermənistanı geri çəkilməyə və susmağa məcbur etdi.

 

Modern.az xəbər verir ki, aparılan müşahidələr və Su-25 təyyarəsinin vurulduqdan sonra çəkilmiş fotoları təyyarənin Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrinin vurduğuna dəlalət edir. Belə ki, peyk şəkilləri Vardenis şəhərinin 5 kilometr cənub-qərbində ermənilərin C-125 “Neva”/”Peçora-2M2” zenit-raket kompleksinin yerləşdiyini göstərir. Sovet İttifaqı dövründən qalan bu raket sistemi Azərbaycan ərazilərinə hücum edən Ermənistanın Su-25 təyyarəsini səhvən Azərbaycana məxsus pilotsuz təyyarə kimi təsbit etdiyi üçün onu raket atəşi ilə vurub. İdarəetməni itirən təyyarə Vardenis yaxınlığında Kiçik Qafqaz Dağlarına çırpılaraq məhv olub.

 

Ciddi səhvə yol verdiklərini anlayan Ermənistan rəhbərliyi bunu ört-basdır etmək üçün dərhal dezinformasiyaya əl atıb. Türkiyə dövlətinin guya Qarabağ döyüşlərində aktiv iştirak etməsi barədə iddialarını əsaslandırmaq üçün Ankaranı baş verənlərdə ittiham edərək, öz yanlışlıqlarından yaxa qurtarmaq istəyib. Amma həmişə olduğu kimi dünya birliyinin məsələyə reaksiya verməməsi növbəti erməni yalanının faş olmasından xəbər verir. Artıq Ermənistanda da hadisədən məlumatlı olanlar az deyil. Bu isə Paşınyan hakimiyyətinə ciddi problem yaradacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:15 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:10 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58