Modern.az

Prezident və Birinci vitse-prezident bir aylıq əməkhaqqını Silahlı Qüvvələrinə Yardım Fonduna köçürdü 

Prezident və Birinci vitse-prezident bir aylıq əməkhaqqını Silahlı Qüvvələrinə Yardım Fonduna köçürdü 

3 Oktyabr 2020, 10:57

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə formalaşıb.

 

Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır