Arxiv
8 Oktyabr 2020, 14:03 | İQTİSADİYYAT
İşğaldan azad olunan ərazilər iqtisadiyyatımıza nə verəcək? - Deputat ŞƏRH ETDİ

İşğaldan azad olunan torpaqlarımızın iqtisadi potensialı çox yüksəkdir. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Parlament üzvü deyib ki,  ilkin mərhələdə ərazilər minalardan təmizlənəcək:

“Daha sonra isə bərpa prosesi olacaq. Bizim qiymələndirmələrimizə görə, prosesin sürətli aparılması ərazilərimizin 3-4 il ərzində bərpa edilməsinə imkan verəcək. İnvestisiya fərqli mənbələrdən, yerli və xarici mənbələrdən cəlb olunacaq. Mövcud potensial imkan verir ki, bu istiqamətdə sərmayə qoyuluşu həyata keçirə bilək”.

 

V.Bayramov qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının növbəti dövr üçün daha dayanıqlı inkişafına stimul verəcək:

“Minalardan təmzləndikdən sonra işğaldan azad olunmuş torpaqlarımızda infrastrukturun yenidən qurulması, o cümlədən sosial obyektlərin və yaşayış binalarının inşası reallaşacaq. Bununla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərilə bağlı proqram hazırlanacaq.

Beynəlxalq maliyyə qurumlarının prosesə cəlb olunması gözlənilir. Nəticə etibarilə fərqli mənbələrdən investisiya qoyuluşlarının həyata keçirilməsi gözlənilir ki, bununla da bir neçə il ərzində işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun yenidən qurulması mümkün olacaq”.

Deputatın sözlərinə görə, yalnız bundan sonra ərazilərimizin iqtisadiyyata qazandırılması mümkündür:

“Dağlıq Qarabağ və ətraf rayonlar mineral, digər təbii ehtiyatlar baxımından zəngindir. Təbii su ehtiyatları kifayət qədər böyükdür. Nəzərə alsaq ki, su ehtiyatlarına tələb artıb, hətta 1 litr suyun qiyməti 1 litr xam neftin qiymətindən bahadır, bu da ondan xəbər verir ki, azad edilmiş ərazilərimizin hesabına təbii suya olan tələbi ödəməklə yanaşı, ixracı da həyata keçirmək imkanımız olacaq. Mineral ehtiyatlarımız var, bu da həmin sahədə istehsalın təşkil edilməsinə imkan yaradacaq. Qızıl ehtiyatlarımız kifayət qədərdir ki, qızıl ixracı və istehsalı, daxili tələbin ödənilməsi baxımından vacib hesab olunur. İstehsal sahələrilə yanaşı, işağldan azad olunmuş torpaqlarımızın əsas üstünlüyü daxili turizmin inkişafı baxımından ciddi potensiala malikliyidir. Təbiəti cəlbedicidir və gözlənilir ki, bu bölgə turizm baxımından da faydalı olacaq.

Bütövlükdə azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı peotensialı böyükdür. Xüsusilə Füzuli rayonu taxıl istehsalında öncül rayonlarımızdandır. Həmçinin, işağldan azad edilən rayonlarımızda meyvəçiliyin inkişaf potensialı kifayət qədər böyükdür. Bu baxımdan torpaqlarımız işğaldan azad olunduqdan və bərpa işləri aparıldıqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa töhfə verəcək, inkişafın lokomotivinə çeviriləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14 Qırğızıstanda prezident seçkiləri bu tarixdə keçiriləcək 25 Oktyabr 2020, 08:05