Modern.az

Ermənistanlı partiya sədri Ukrayna və Gürcüstanı “satqın” ADLANDIRDI                       

Ermənistanlı partiya sədri Ukrayna və Gürcüstanı “satqın” ADLANDIRDI                       

Dünya

14 Oktyabr 2020, 12:18

Ermənistan parlamentində təmsil olunan “İşıqlı Ermənstan” partiyasının sədri Edmon Marukyan Ukrayna və Gürcüstanı “satqınlıq”da ittiham edib.

Modern.az xəbər verir ki, siyalı jurnalistlərə açıqlama verən partiya sədri son Qarabağ döyüşləri zamanı Kiyev və Tbilisinin mövqeyindən narazı qalıb.

 

“Ermənistana qarşı satqınlıqları gələcəkdə Ukrayna və Gürcüstanın qabağına çıxacaq”- deyə Marukyan deyib. 

O, Ukraynanın Azərbaycanı dəstəkləməsini müəyyən qədər anlasa da, Gürcüstanın bu məsələdəki mövqeyi onu çox qıcıqlandırıb.

 

“Gürcüstan Ermənistanla xristian həmrəyliyi nümayiş etdirə bilərdi”- deyə Marukyan deyib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır