Modern.az

Qarabağda döyüşən eks-deputatın oğlu məhv edildi, özü ağır YARALANDI

Qarabağda döyüşən eks-deputatın oğlu məhv edildi, özü ağır YARALANDI

Qarabağ

16 Oktyabr 2020, 12:50

Qarabağda gedən döyüşlərə qatılmış Ermənistan parlamentinin eks-deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Rüstəm Qasparyan ağır yaralanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, deputatın oğlu isə döyüşlərdə Ordumuz tərəfindən məhv edilib.

“Çiçəklənən Ermənistan” partiyasının üzvü Araik Aqababyan eks-deputatın ağır vəziyyətə olduğunu, gecə əməliyyat edildiyini söyləyib. Bildirilir ki, Rüstəm Qasparyanın ayaqları amputasiya olunub.


Ermənistan ordusunda 1994-2000-ci illərdə müxtəlif vəzifələrdə çalışmış Rüstəm Qasparyan polkovnik rütbəsi daşıyıb. Birinci Qarabağ savaşının ən fəal iştirakçılarından olub. Xocalı soyqırımında aktiv iştirak edib. Dinc əhalimizə xüsusi amansızlıqla divan tutduğuna görə, separatçı Qarabağ rejimi ona xüsusi medalla da təltif edib.


Rüstəm Qasparyan və oğlu döyüşlərin 2-ci günü cəbhəyə könüllü yollanmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı