Modern.az

Ali Baş Komandandan düşmənə MESAJ: “Şuşasız bizim işimiz yarımçıq qalar”

Ali Baş Komandandan düşmənə MESAJ: “Şuşasız bizim işimiz yarımçıq qalar”

16 Oktyabr 2020, 17:28

“Mən Azərbaycanın kəndlərini bir-birindən fərqləndirmirəm”.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib.

 

“Amma Şuşasız bizim işimiz yarımçıq qalar. Bizə danışıqlar prosesində təklif edirdilər ki, 5 rayon, sonra 2 rayon verilsin. Bizə deyirdilər bütün əraziləri istəməyin, belə kompromis olmur. Şuşanın azad edilməsi bizim hədəflərimiz arasındadır, nə zaman olacaq, bunu görərik”, -deyə dövlət başçısı bildirib.

Prezident dünən 6 kəndin işğaldan azad edilməsini Azərbaycan xalqına çatdırdığını deyib:

“Ondan əvvəlki gün də daha çox sayda kəndlər azad edilib. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik. Hər gün strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...