Arxiv
17 Oktyabr 2020, 20:14 | DİASPOR
Vyanada erməni terroruna yox deyildi - FOTO

Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Vyananın Helden Platz meydanında icazəli aksiya keçirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar.

 

“Azer Der” cəmiyyətinin təşəbbüsü ilə keçirilən aksiyada Vyanada yaşayan və fəaliyyət göstərən soydaşlarımızla yanaşı türk icmasının nümayəndələri də iştirak ediblər. Aksiyada çıxış edən soydaşlarınız Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını, Gəncədə onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından təəssüf hissi keçirdiklərini bildiriblər.
Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı Avstriyanın himni də oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son” şüarlar səsləndiriblər.

 

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Vyanada terrora yox deyildi (FOTO) - Gallery Image Vyanada terrora yox deyildi (FOTO) - Gallery Image Vyanada terrora yox deyildi (FOTO) - Gallery Image Vyanada terrora yox deyildi (FOTO) - Gallery Image    
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27