Modern.az

Türkiyədə koronavirusa yoluxanların sayı artdı

Türkiyədə koronavirusa yoluxanların sayı artdı

18 Oktyabr 2020, 21:59

Türkiyədə son sutkada 1815 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb, 72 nəfər isə virusdan vəfat edib. Bu isə ötən günə nisbətən çoxluq təşkil edir. 

Belə ki, oktyabrın 17-də ölkədə virusa yoluxanların sayı 1723, pandemiya qurbanların sayı isə 71 nəfər olmuşdu.

 

Modern.az xəbər verir ki, bununla da Türkiyədə infeksiyaya yoluxanların sayı 347493-ə, ölənlərin sayı isə 9296-ya yüksəlib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir