Modern.az

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnaməsini 27 il sonra REALLAŞDIRDI

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnaməsini 27 il sonra REALLAŞDIRDI

20 Oktyabr 2020, 16:34

Azərbaycan Ordusu oktyabrın 20-də Zəngilan şəhərini və rayonun 6 kəndini Ermənistanın işğalından azad edib.

Modern.az xəbər verir ki, beləliklə, Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 884 saylı qətnaməsini icra etmiş olub.

 

1993-cü il noyabrın 12-də qəbul edilən qətnamə Ermənistan Ordusunun Azərbaycanın Zəngilan rayonunu işğal etməsi ilə bağlı idi.

Qətnamə mətnində Azərbaycanın Zəngilan rayonu və Horadiz şəhəri yaxınlığında “çoxlu sayda mülki şəxsin yaşayış yerini tərk etməsi və fövqəladə humanitar təhlükənin yaranması ilə bağlı narahatlıq" ifadə olunurdu.

 

Qətnamədə Zəngilan rayonunu işğalı pislənir və Ermənistan Ordusunun bölgəni tərk etməsi tələb olunurdu.


“İmzalanmış atəşkəs rejiminin pozulması və hərbi əməliyyatların bərpa olunması nəticəsində Zəngilan rayonunun və Horadiz şəhərinin işğal olunması, dinc sakinlərə və  Azərbaycan ərazilərinə hücum qətiyyətlə pislənilir”-deyə qeyd olunmuşdu.


BMT Təhlükəsizlik Şurası Ermənistandan Zəngilan rayonu, Horadiz şəhəri və Dağlıq Qarabağ ətrafında yerləşən digər işğal olunmuş rayonları boşaltmağı tələb edirdi.

 

Qətnamə Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən dəstəklənərək qəbul edilmişdi. Beləliklə, Azərbaycan Ordusu işğalçı erməni qüvvələrini Zəngilandan çıxarmaqla 27 il sonra BMT Təhlükəsizlik Şurasının 884 nömrəli qətnaməsini icra etməyə nail olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır