Modern.az

Tramp Çini yenə HƏDƏLƏDİ

Tramp Çini yenə HƏDƏLƏDİ

Dünya

22 Oktyabr 2020, 14:32

ABŞ prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi halda Pekinə qarşı tədbir görəcəyinə söz verib.

Modern.az xəbər verir ki, amerikalı lider bu haqda seçicilərilə görüşərkən danışıb.  

“Biz Çinlə çox şey edəcəyik... Onların bizə etdikləri biabırçılıqdır ”- deyə, ABŞ prezidenti bildirib.

Tramp yenə də Pekini koronavirus pandemiyasında və ABŞ vətəndaşlarının maska rejiminə riayət etməyə məcbur qalmasında təqsirləndirib.  

Jurnalistlər Trampdan Çinə münasibətində rəqibi - demokratların namizədi Co Baydendən nə ilə fərqləndiyini soruşublar. Buna cavab olaraq dövlət başçısı Baydenin Pekin tərəfindən satın alındığını və oğluna Çin, Ukrayna ilə sərfəli sazişlər bağlamağa kömək etdiyini deyib. O, həm də Baydenin Çini cəzalandırmayacağını və ona ABŞ-ı talan etməyə imkan yaradıcığını bildirib.

ABŞ prezidenti bundan öncə də Pekini koronavirus infeksiyasını yaymaqda ittiham edib: “Bu Çinin səhvidir. Və Çin ölkəmizə və dünyaya etdiklərinin əvəzini ağır ödəyəcək”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü