Modern.az

“Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB

“Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB

Aktual

23 Oktyabr 2020, 00:55

"Makkabi" - "Qarabağ" matçı başa çatıb. Matçın taleyini bir qol həll edib. İlk yarının əvvəlində fərqlənən meydan sahibləri bu qol sayəsində qələbə qazanıb – 1:0.

 

00:07

 

"Makkabi" - "Qarabağ" matçında ikinci hissə başlayıb.

 

23:50

"Makkabi" - "Qarabağ" matçında ilk hissə başa çatıb. Oyunda hesab 1:0 meydan sahiblərinin xeyrinədir.

 

23:15

 

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilən "Makkabi" - "Qarabağ" matçında ilk qol vurulub.

 

10-cü dəqiqədə meydan sahibləri hesabı açıb.

 

"Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.

 

23:01

 

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə İsrailin "Makkabi" komandasına qarşı matçı start götürüb.

 

Modern.az xəbər verir ki, "Blumfild" stadionunda qarşılaşma saat 23:00-da başlayıb.

 

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Patrik Andrade, Xayme Romero və Abdullah Zubir yer alıblar.

 

“Makkabi”in ilk onbirliyində isə meydana Daniel Tenenbaum, Maor Kandil, Eytan Tibi, Şeran Yeni, Enrik Saborit, Ofir Davidzade, Eyal Qolasa, Dor Perec, Dan Qlazer, Yonaran Koen və Etey Şaxtor çıxıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var