Modern.az

Türkiyə Qarabağ münaqişəsində Rusiya ilə bərabərlik TƏLƏB ETDİ

Türkiyə Qarabağ münaqişəsində Rusiya ilə bərabərlik TƏLƏB ETDİ

Dünya

23 Oktyabr 2020, 15:30

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Rusiyanın nə qədər iştirak hüququ varsa, Türkiyənin də bir o qədər iştirak haqqı var”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çıxışında deyib.

“Azərbaycanın haqlı tələbi var. Əgər Ermənistan Rusiyanın danışıqlar prosesinə cəlb olunmasını istəyirsə, Azərbaycan da Türkiyənin iştirakını təklif edir. Mən Rusiyanın buna mənfi yanaşmasını eşitməmişəm”.

 

Xatırladaq ki, bu açıqlama Rusiya lideri Vladimir Putinin ötən gün ölkəsinin münaqişənin həllində önəmindən danışmasına cavab olaraq səslənib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü