Modern.az

Ermənistanın raket atəşi nəticəsində 16 yaşlı mülki vətəndaş həlak oldu

Ermənistanın raket atəşi nəticəsində 16 yaşlı mülki vətəndaş həlak oldu

Allah rəhmət eləsi̇n

24 Oktyabr 2020, 11:26

Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə evlərinə düşən raket zərbəsi nəticəsində həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə  Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında məlumat verib.

 

"Ermənistanın mülki vətəndaşlara xüsusilə uşaqlara qarşı müharibəsi davam edir. Azərbaycanın Tərtər şəhərinə laqeydcəsinə edilən Smerç raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan öz evlərinin bağçasında öldürüldü. Orxan hazırda mövsumi olan xurma meyvəsini yığırdı",-deyə Hikmət Hacıyev qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?