Modern.az

Bakıda kütləvi dava - xəsarət alanlar var

Bakıda kütləvi dava - xəsarət alanlar var

Aktual

24 Oktyabr 2020, 23:34

Bakının Qaradağ rayonunda kütləvi dava düşüb.  

 

Modern.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.

 

1970-ci il təvəllüdlü Nağıyev Valeh Mirağa qızı kütləvi dava zamanı bıçaqlanıb. 1964-cü il təvəllüdlü Nağıyev Bəkir İsmayıl oğlu, 1991-ci il təvəllüdlü Nağıyev Cəmil Bəkir oğlu və 1996-cı il təvəllüdlü Nağıyev Abit Bakir oğlu dəmir boru vasitəsilə döyülüb. 

 

Xəsarət alan 4 nəfər 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!