Modern.az

Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR

Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR

25 Oktyabr 2020, 10:27

ABŞ-da yaşayan soydaşlarımız Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını  raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız körpələrin həlak olmasına, yaşayış evləri və mülki obyektlərin dağıdılmasına etiraz olaraq San Fransiskoda Embarcadro Plazanın qarşısında aksiya keçiriblər.

 

Modern.az xəbər verir ki, aksiya iştirakçıları cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini  atəşə tutan Ermənistanın faşist siyasətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini xüsusilə uşaqların  öldürülməsinə cəlb etməyə çalışıblar.

 

Soydaşlarımız Gəncə terrorunun qurbanı olan günahsız uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbir boyu ABŞ-da yaşayan azərbaycanlıların tikdiyi  27 metr uzunluğunda Azərbaycan bayrağı  dalğalandırılıb.

 

Şimali və Cənubi Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyada yüzlərlə soydaşımız, eləcə də ABŞ-dakı türk icmasının nümayəndələri iştirak edib.

 

Azərbaycan, Türkiyə və ABŞ bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın Dövlət Himni, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Erməni işğalına son!” və s. kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir