Arxiv
26 Oktyabr 2020, 16:42 | AKTUAL
İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz

Bayrağımızın hər gün respublikamızın 27 ildir işğal altında qalmış yeni bir yaşayış məntəqəsində ucaldılmasına artıq vərdiş edirik. Hər gün qulağımız səsdə, nəzər-diqqətimiz televiziya kanallarındadır. İndicə Prezident, Müzəffər Ali Baş Komandan efirdə görünəcək və düşməndən azad edilmiş yeni kəndlərimizin adlarını elan edəcək. Bu gün Müzəffər Ali Baş Komandanımız daha 17 yaşayış məntəqəsinin düşməndən azad olunması xəbərini verdi.

Bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə qeyd edib ki, sentyabrın 27- dən indiyədək Azərbaycanın 4 rayonu, 3 qəsəbəsi və 165 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsi, Murovdağ yüksəkliyi, Suqovuşan, Xudafərin körpüsü və strateji əhəmiyyətli yüksəkliklər Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu qələbələr Prezident İlham Əliyevin müdrik siyasi xadim, qətiyyətli, Müzəffər Ali Baş Komandan kimi müdrik fəaliyyətinin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünün göstəricisidir. Ordumuz işğal altında olan torpaqlarımızı öz gücü ilə azad etmək qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirir.

Əgər Ermənistanın havadarları tərəfindən ölkəmizə təzyiqlər olmasaydı, indi işğal altında bir qarış da torpağımız qalmazdı. 27 ildir ki, beynəlxalq təşkilatların qərəzli hesabatları, işğalçını adı ilə çağırmaması, törətdiyi terror aktlarına biganəlik, dünyada mövcud olan ikili standartlar Ermənistanı daha da quduzlaşdırdı. Bu vaxta qədər Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına qarşı hər hansı bir sanksiyanın tətbiq edilməməsi işğalçı ölkəni getdikcə həyasızlaşdırdı.

İşğal edilmiş torpaqlarını sentyabrın 27-dən başlayaraq bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun güclü zərbələrindən sonra acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın havadarları da görürlər ki, Azərbaycan Ordusu təcavüzkarları darmadağın edir. Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanı işğal siyasətindən əl çəkməyə çağırmaq əvəzinə, yenə də təcavüzkarın yanındadırlar. Artıq ictimaiyyət nümayəndələrinin belə qurumlara inamı heçə enib. Bu günlərdə BMT Təhlükəsizlik Şurasının daimi üzlərinin və ATƏT-in Minsk qrupunun birlikdə hazırladıqları bəyanat layihəsinin geri qaytarılması da bunu təsdiqləyir.

Beynəlxalq təşkilatlara da bəllidir ki, bu vaxta qədər Azərbaycan və Ermənistan arasında bu ilin 10 və 17 oktyabrında olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu. Yenə də beynəlxalq təşkilatlar susdu. Əvəzində, yenə də Azərbaycana təzyiqləri davam etdirirlər. Qeyd etdiyim kimi, bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər.

Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni, onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Əslində, bəyanatlarda, əsasən, söhbətin atəşkəsdən deyil, humanitar atəşkəsdən getdiyi vurğulanmalı idi. Yenə də ikili standartlar və ermənipərəst siyasət özünü açıq şəkildə büruzə verir. Təəssüf ki, həm ABŞ Dövlət Departamentinin, həm də və ATƏT-in Minsk qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatlarında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var. Çünki bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu, o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.

Ermənistanın havadarlarının Azərbaycana təzyiq göstərməsinin heç bir faydasının olmadığını görəm Nikol Paşinyan indi kompromislərdən danışır. Halbuki, baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən işğalçı ölkənin baş naziri bu dəfə çıxış yolunu danışıqlar üçün ABŞ-a yalvarmaqda görür.

Təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu, onu göstərirdi ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək. Bütün bunlara baxmayaraq, Azərbaycan hər hansı bir təzyiqdən geri çəkilməyəcək və ərazi bütövlüyümüzün təmin olunması yolunda sona qədər gedəcək. Dövlətimizin başçısının qəti mövqeyi də belədir: “Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Vətən uğrunda şəhid olan növbəti qardaşlar... - VİDEO 3 Dekabr 2020, 16:28 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58 Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ 3 Dekabr 2020, 14:53 Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq 3 Dekabr 2020, 14:50 Ağdama bayrağımızı sancan igidlərimiz - VİDEO 3 Dekabr 2020, 14:45 Hazırda xəstəxanalarda 1245 hərbçi müalicə alır - Nazirlik 3 Dekabr 2020, 14:39 Müdafiə Nazirliyi: 100-dən artıq hərbçimiz müharibədə itkin düşüb 3 Dekabr 2020, 14:34 Vətən Müharibəsində şəhid olan hərbçilərimizin rəsmi sayı AÇIQLANDI 3 Dekabr 2020, 14:31 Bakı-Kiyev marşrutu üzrə çarter reysləri olacaq 3 Dekabr 2020, 14:25 Belcika Parlamenti ermənipərəst sənədi müzakirəyə çıxarır - Azərbaycan ETİRAZ ETDİ 3 Dekabr 2020, 14:20
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?