Arxiv
26 Oktyabr 2020, 17:04 | PARLAMENT
Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib

 

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin “Milliyet” qəzetinə müsahibə verib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, müsahibədə Milli Məclisin Sədri bildirib ki, 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxsləri, həm də xalqı açıq və birbaşa olaraq ölkəmizə dəstək verib. Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya tərəfindən Azərbaycanın haqlı davasına verilən dəstək də ölkəmiz üçün çox dəyərlidir. Bütün bu dəstəyə görə Milli Məclisin Sədri həm öz adından, həm də Milli Məclisin deputatları adından Türkiyə Cümhuriyyətinə, TBMM-ə və parlament üzvlərinə minnətdarlığını bildirib.

 

Sədr diqqətə çatdırıb ki, hər bir azərbaycanlı Türkiyə vətəndaşlarının qəlbinin burada, Azərbaycanda olduğunu bilir. Və hər bir Azərbaycan vətəndaşının da qəlbi çətin günlərdə qardaş Türkiyə ilə bərabər döyünür.

 

Müsahibədə Sahibə Qafarova bildirib ki, Ermənistanın hərbi təcavüzü başlayandan sonra Azərbaycan parlamentinin rəhbəri və üzvləri tərəfindən Milli Məclisin fəal əməkdaşlıq etdiyi 80-dən çox ölkədəki tərəfdaşlarına məktublar göndərilərək bu təcavüz barədə məlumat verilib. 

 

Müsahibəsində Ermənistanın mülki şəxslərə qarşı müharibə cinayəti törətdiyini xatırladan spiker Sahibə Qafarova deyib ki, Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir: "Terror yalnız Gəncəyə təcavüzlə başlamadı. Terror ilk Qarabağlının ermənilər tərəfindən yurdundan didərgin salındığı gündən başlayıb".

 

Sədr onu da vurğulayıb ki, Ermənistan təkcə Azərbaycana qarşı deyil, qonşuları olan 4 ölkədən 3-nə qarşı torpaq iddiası irəli sürür. Bəzi güclər Türkiyə və Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə  qarşı Ermənistandan istifadə edirlər. Ermənistan isə bir xidmətçi olaraq bu güclərə xidmət edir.

 

Sahibə Qafarova vurğulayıb ki, hal-hazırda dünyada beynəlxalq hüququn təmin olunmasında ciddi problemlər var və beynəlxalq hüquqda ikili standartlar hökm sürür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəzi qətnamələri 2 saat ərzində icra edildiyi halda Azərbaycanla bağlı qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Milli Məclis Sədrinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsində də “Ermənilər Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmalıdır” deyilir. Amma bu qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Azərbaycan isə öz gücü hesabına BMT TŞ-nin 4 qətnaməsinin icrasını təmin edir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil Nazirliyi tələbələrə müraciət edib 3 Dekabr 2020, 18:07 Laçına komendant təyin olundu 3 Dekabr 2020, 17:50 Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Dünyada koronavirusa yoluxanların sayı 65 milyonu keçdi 3 Dekabr 2020, 16:32 Vətən uğrunda şəhid olan növbəti qardaşlar... - VİDEO 3 Dekabr 2020, 16:28 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Sumqayıtda polis sərnişinlər və sürücüləri cərimələdi 3 Dekabr 2020, 15:38 Sabiq nazir müavininin həbs müddəti artırıldı 3 Dekabr 2020, 15:32 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58 Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ 3 Dekabr 2020, 14:53 Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq 3 Dekabr 2020, 14:50 Ağdama bayrağımızı sancan igidlərimiz - VİDEO 3 Dekabr 2020, 14:45
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?