Modern.az

Cəbhə gündəliyi: 26 oktyabrda nələr oldu...

Cəbhə gündəliyi: 26 oktyabrda nələr oldu...

26 Oktyabr 2020, 23:48

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 30-cu günü də başa çatıb. Oktyabrın 26-da da cəbhədə sakit keçməyib.

Azərbaycan Ordusu düşmənə tutarlı cavablar verib.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 26-da yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:


- Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edib.

- Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

- Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

- Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

- Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

- Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.
Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalıb.

- Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub.

- Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edib.
Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulub.
Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalıb.

- Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV vasitəsilə xalqa müraciət edib.

- Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

Ali Baş Komandanı İlham Əliyevin açıqladığı siyahı aşağıdakı kimidir:

Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;

Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;

Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.

- Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən artilleriya atəşinə tutub.

- Oktyabrın 26-sı saat 15:30-da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutub.

- Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib. Dövlət başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

- Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

- Tərtər şəhəri və rayonun kəndləri yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulub.

- Oktyabrın 26-da saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub.

- Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videosu yayılıb.


- Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndinin videogörümtüsü nümayiş etdirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü