Modern.az

Sabah Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq

Sabah Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq

Aktual

28 Oktyabr 2020, 15:25

Oktyabrın 29-u, saat 15:45-də Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə onun hüquqlarını müdafiə edən vəkil Aqil Layıcov məlumat verib.

 

A.Layıcov qeyd edib ki, Qarabağ qazisinə qarşı olan cinayət təqibinə bəraətverici əsaslarla xitam veriləcəyinə inanır.

 

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

 

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

 

O, ittihamları qəbul etmədiyini bildirərək,  aclıq aksiyasına başlayıb və sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

 

Daha sonra Bakı Apelyasiya Məhkəməsində həmin hökmdən verilən şikayətə baxılıb. Sentyabrın 28-də o, ev dustaqlığına buraxılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!