Modern.az

Türkiyə və Azərbaycan xülyası puç olan Ermənistanın yeni iddiası: GÜRCÜSTAN, növbədə İRAN...

Türkiyə və Azərbaycan xülyası puç olan Ermənistanın yeni iddiası: GÜRCÜSTAN, növbədə İRAN...

Dünya

30 Oktyabr 2020, 13:29

Ermənistanın öz sərhədlərini qonşu dövlətlərini əraziləri hesabına böyütmək istəyi gizli iş deyil. Türkiyə, İran, Azərbaycan, Gürcüstanın ərazilərini ilhaq etməklə “Böyük ermənistan” yaratmaq xülyası artıq ermənilərin öz başında çatlayır.


Bu mənada Türkiyədə başı daşa dəyən ermənilərin burnu Azərbaycan ərazilərində də əzilir. İran isə ermənilər üçün hələlik tərəfdaş olduğundan bura yönəlmiş erməni niyyəti özünü gizləyə bilir. Ancaq ermənilərın İran ərazilərinə olan iştahı dünyanın böyük ölkələrinin “İran projesi” gerçəkləşərsə, görünəcək.


İndilik isə əli Türkiyə və Azərbaycandan üzülən Ermənistan Gürcüstanı hədəf alıb. Gürcüstan yeganə ölkədir ki, burada ermənilər gürcü soyadları altında gizlənirlər və bu adla gedib dövlət qurumlarına qədər çıxıblar. Bura Abxaziya, Cavaxetiya faktorunu əlavə etsək, Gürcüstanı daha ciddi problemlərin gözlədiyini açıq görmək olar.


Politoloq Zərdüşt Əlizadə Modern.az-a deyib ki, Ermənistanın qonşuları ilə mütəmadi münaqişə istəyinin Azərbaycan mərhələsi onlar üçün uğursuzluqla sonunclanır.

“Hesab edirəm ki, bundan sonra ciddi düşünəcəklər və Gürcüstanla münaqişəyə cəsarət etməyəcəklər. Türkiyədən torpaq qoparmaq istədilər və böyük bir faciə ilə üzləşdilər. İndi Azərbaycanın ərazilərini işğal etmək istəyirdilər, bundan da dərslərini alırlar. Əgər Ermənistan, erməni xalqı yaşamaq istəyirsə, öz milli strategiyası üzərində ciddi düşünməlidir və çalışmalıdır ki, bütün qonşuları ilə xoş münasibət qursun.

Düşdüyü durum məcbur etməlidir ki, Ermənistan hazırda İran və Gürcüstana xoş münasibət göstərsin. Tükiyə və Azərbaycanla münasibəti normallaşdırmalı, bunun üçün qondarma iddialarından geri çəkilməlidir. Belə etməsələr erməni xalqını qarşısıalınmaz məhvə aparacaqlar”.

 

Konkret Gürcüstan məsələsinə toxunan Z.Əlizadə deyib ki, torpağı dövlətdən ayırıb qonşu dövlətə qatmaq ideyası cinayətdir.

“Əgər onlar Gürcüstanın Cavaxetiya və digər ərazilərinı Ermənistana birləşdirmək istəyirlərsə, bu tamamilə separatçılıqdır və cinayətdir. Buna görə cəzalarını alacaqlar”.

 

Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi