Modern.az

Ermənilər Azərbaycanı dəstəkləyən jurnalistdən şikayətləndi – Prokurorluq İŞƏ QARIŞDI

Ermənilər Azərbaycanı dəstəkləyən jurnalistdən şikayətləndi – Prokurorluq İŞƏ QARIŞDI

13 Noyabr 2020, 14:12

Rusiyanın Tatarıstan Respublikasında erməni təxribatının yaratdığı gərginlik davam edir.

 

Modern.az xəbər verir ki, tatar gənclərinin “Azatlık” birliyinin sədri Nail Nabiullinə “ekstremist fəaliyyətdən çəkinmə” ilə bağlı xəbərdarlıq edilib. Tatarıstan Nabiullinin baş redaktoru olduğu “Türk baxışı” (Турецкий взгляд) qəzetində 2020-ci ilin oktyabr sayının üz qabığı istintaqın diqqətini cəlb edib. Belə ki, üz qabığında “Azərbaycan, bizim ürəyimiz səninlədir” – şüarı olub.

 

Nabiullin bu şüarın istintaqın araşdırması üçün əsas olmasını absurd sayır.

“Prokuratura xəbərdarlığı bircə “Azərbaycan, bizim ürəyimiz səninlədir” cümləsinə görə səslənib. Qəzetdə bu barədə bircə yazı da yoxdur. Qarabağ döyüşləri yaxud konflikt barədə heç nə yazılmayıb”.

 

Nail Nabiullin məhkəməyə şikayət üçün 40 min rubl, alternativ ekspertiza üçün isə 50 min rubl tələb olunacaq.

Yardım üçün öz bank kartını yerləşdirən jurnalist Rusiyadan kənarda olan təəssübkeşlərdən yardım qəbul eəd bilməyəcəyini əlavə edib.  

 

 Xatırladaq ki, Nail Nabiullinin qəzet manşeti Rusiyadakı erməni diasporunda ciddi narahatlıq və qısqanclıq hissi yaratmışdı. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi