Modern.az

Pakistanda güclü zəlzələ olub

Pakistanda güclü zəlzələ olub

14 Noyabr 2020, 11:06

Pakistanın Bəlucistan əyalətinin Ketta şəhərində 5.4 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, Pakistan Milli Seysmik Nəzarət Mərkəzi (NSMC) zəlzələnin episentri Ketta’dan 38 kilometr şimal-şərqdə yerin 10 kilometr altında qeydə alındığını açıqlayıb.

NSMC, sarsıntıların Puçin, Harnai və Bəlucistanın digər bölgələrində də hiss olunduğunu bildirib.

 

5.4 bal gücündə zəlzələdən sonra bir çox Pakistanlı küçələrə axışıb.

Zəlzələdə insan tələfatı və ya maddi itki olub-olmadığı ilə bağlı hələlik məlumat paylaşılmayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir