Modern.az

Öz yalanlarının qurbanı olan millət

Öz yalanlarının qurbanı olan millət

18 Noyabr 2020, 17:15

Elə bir coğrafi məkanda yaşayırıq ki, istəsək də, istəməsək də region dövlətlərinin ictimai-siyasi həyatında baş verənləri diqqət mərkəzində saxlamağa məcburuq. Şübhəsiz ki, xüsusi diqqət yetirdiyimiz ölkə Ermənistandır. Səbəbi hər birimizə məlumdur, xüsusi izaha ehtiyac yoxdur.

 

Azərbaycan 44 gün ərzində davam edən Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandı. Başqa cür ifadə etsək, işğalçı Ermənistan ağır və acı hərbi məğlubiyyətə düçar oldu. Bu, təkcə onunla ölçülmür ki, düşmən 30 ilə yaxın müddətdə işğal altında saxladığı və artıq özününkü hesab etdiyi torpaqları itirib. Onun məğlubiyyətinin kökləri daha dərindir. Birincisi  budur ki, ermənilərin məğlubedilməzliyi haqda özlərinin uydurduqları mif darmadağın oldu. Faşizm ideoloqu Gebbelsin dediyi kimi, ermənilər bu yalanı o qədər təkrarlamışdılar ki,nəinki havadarları, özləri də öz yalanlarına inanmışdı. Yalnız faşizmi təbliğ edən Ermənistan kimi bir dövlətdə, Njde kimi faşizm buyruqçusuna heykəl ucaldıla bilərdi...

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində gördüyü mənzərəni bu sözlərlə ifadə etməsi təsadüfi deyildi:”Bir dənə belə olsun salamat bina qoymayıblar. Bütün dünya erməni vəhşiliyinin nə demək olduğunu görməlidir. Təkcə Füzuli yox, başqa şəhərlərimiz də bu gündədir... Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir”.

 

Faşizm ideologiyasını təbliğ edən Ermənistanın məğlubiyyətinin acı nəticələrindən biri də odur ki, havadarları  bu mənzərələri bütün dünyanın seyr etdiyindən və erməni mifinin dağıldığından narahatdırlar. Müharibə dövrü onu da sübut etdi ki, Ermənistan etibarsız tərəfdaşdır. Bu, o demək deyil ki,Ermənistan artıq təkdir,yaxud xaricdən dəstək verəni yoxdur. Belə deyil. Ən azından ona görə ki,dəstək verdiyin zəif,yalançı,vəhşi vəetibarsız çıxa bilər,amma sonuncuya görə öz siyasi nüfuzuna və gücünə kölgə  düşməməlidir. Beləsindən birdən-birə imtina etmək də təhlükəlidir. Ermənistanın havadarlarının sırasının seyrəlməməsi,yəqin həm də bununla bağlıdır.

Bu cür ağır hərbi məğlubiyyətə düçar olan istənilən ölkədə ictimai-siyasi mühitin gərginləşməsi, cəmiyyətin parçalanması və rəhbərin istefası labüddür. Qarşıdurmanın son həddi vətəndaş müharibəsi,ən pis halda isə dövlətin süqutudur. Müşahidə etdiklərimiz göstərir ki, Ermənistan cəmiyyəti ciddi gərginlik, qarşıdurma və daxildən parçalanma dövrünü yaşayır. Paşinyanın yaxın çevrəsində istefalar artsa da, özü hələ ki,istefa vermir. Səbəbi təkcə inadkarlıqla bağlı deyil. Paşinyanı hakimiyyətə gətirən xarici güclərköməyini ondan indi də əsirgəmirlər. Ermənistanda qərbyönümlü və Rusiyaya meyilli siyasi qüvvələr təxminən bərabər şəkildə bölünüb. Hər iki qüvvəyə xaricdən göstərilən siyasi dəstəyin əlamətləri artıq görsənir. Belə bir vəziyyətdə Ermənistanın vətəndaş müharibəsinə sürüklənməsi ehtimalı yüksəkdir. Odlu silah və ondan istifadə etmək arzusunda olan ermənilər kifayət qədərdir. Kənardan atılan qığılcım yetərlidir ki,bu, baş versin.Amma hər iki xarici güc hələki, bunu etmir. Çünki, onlardan hər biri anlayır ki, qığılcımları qələbə ilə nəticələnməsə, laxlamış siyasi dayaqlarını Ermənistanda birdəfəlik itirəcək. Qarşı-qarşıya dayanan hər iki erməni toplumu da başa düşür ki,yalnız bir seçimləri var. Bu seçim isə, iki fərqli xarici siyasi ünvandan birinin dəstəyinin itirilməsi demək olacaq...

 

Ermənistan partlamağa hazır olan barıt çəlləyini xatırladır. Xarici güclərdən hər hansı biri, hər an onu partlada bilər. Ermənistanın hərbi məğlubiyyətinin ən acı nəticəsiməhz bugünkü siyasi mənzərəsidir.Ermənistan müstəqilliyini de-fakto çoxdan itirmişdi, de-yure  itirmək ehtimalı da yüksəkdir. Əsas olan odur ki, Ermənistan adlı dövlət və erməni cəmiyyəti təkcə hərbi məğlubiyyətinin deyil, həm də öz yalanlarının acısını artıq yaşayır. O qədər yalan danışıblar ki, bir gün şərti olaraq öz evləri (dövlətləri) od tutub alışanda da,heç kim inanmayacaq. Tam atalar məsəlimizdə olduğu kimi: “Yalançının evi yandı, heç kim inanmadı”...

 

 

Milli Məclisin deputatı                                                                       

Ülvi Quliyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi