Modern.az

Polis Akademiyasının yeni rəisi kimdir? - DOSYE

Polis Akademiyasının yeni rəisi kimdir? - DOSYE

20 Noyabr 2020, 11:30

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni rəis təyin edilib.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, bu vəzifəyə polis polkovniki Canpolad Daanov gətirilib.



Modern.az saytı Canpolad Daanovun qısa dosyesini təqdim edir:

 

Canpolad Daanov 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə  bitirib.

DİO-da xidmətə 2004-cü ildən DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlayıb.
2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini  vəzifələrində çalışıb.
26.08.2019-cu ildən  bu günə kimi DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsində xidmət edib.

İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli  988 nömrəli  Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailəlidir. İki övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi