Modern.az

Maska ilə nəfəs almaqda çətinlik çəkənlərə HƏKİM MƏSLƏHƏTİ

Maska ilə nəfəs almaqda çətinlik çəkənlərə HƏKİM MƏSLƏHƏTİ

Aktual

24 Noyabr 2020, 16:55

“Maskanın yan təsiri iki halda ola bilər. Birincisi, insan maska ilə nəfəs almaqda çətinlik çəkirsə, mütləq həkimə müraciət etməlidir. Ola bilər vətəndaşın hansısa xəstəliyi var və maska taxdığı zaman təngnəfəslik şikayətləri daha qabarıq şəkildə özünü biruzə verir. Digəri isə panik halla, psixoloji amillə bağlıdır. Onlar da mütləq ya terapevtə, yaxud da psixiatra müraciət etməldirlər. Ən düzgünü isə zərurət olmadıqca, evdən çıxmamaqdır”.

 

Bunu Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib.

 

V.Əliyev maskanın təmiz havanın qəbuluna maneə olması ilə bağlı fikirlərlə razılaşmayıb:

 

“Maskanın havanı keçirmə özəlliyi var. Maksa sadəcə virusun qarşısını almaq üçün bir bariyerdir. Bəziləri deyir ki, maskanın altında karbonu təkrar uduruq. Karbonla nəfəs almaq onsuz da mümkün deyil. Canlılar yalnız oksigenlə tənəffüs edirlər. Bu baxımdan maska ilə bağlı deyilən bu fikirlər doğru deyil”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır