Modern.az

Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

25 Noyabr 2020, 01:01

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. 

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

 

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu