Modern.az

Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayır

Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayır

Aktual

25 Noyabr 2020, 16:14

Sumqayıt Kimya-Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC dekabr ayında Rusiya və Almaniyaya tibbi maskaların ixracına başlamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə müəssisənin direktoru Səkinə Babayeva deyib.

 

Onun sözlərinə görə, fabrik tibbi maskaların gigiyenikliyi və tam sterilliyini təsdiq edən sertifikatın alınması üçün müraciət edib:

 

“İki həftə ərzində İsveçrədən beynəlxalq sertifikat alacağıq və bundan sonra ixraca başlayacağıq. Sertifikat alındıqdan sonra biz Latviya və Moldova ilə də danışıqlara başlamağı planlaşdırırıq”.

 

S.Babayeva əlavə edib ki, müəssisədə istehsal olunan maskaların qiyməti 12-17 qəpik təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır