Modern.az

Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR

Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR

25 Noyabr 2020, 17:28

Bu gün şanlı Azərbaycan ordusu Qarabağ zəfərinin ardından 27 il sonra Kəlbəcərə ayaq basdı. Tarix səhifələrinə yazılacaq bu mühüm hadisəni birinci Qarabağ döyüşlərində şücaət göstərmiş Azərbaycanın Milli Qəhrəmanları Vahid Quliyev və Sahil Məmmədov şərh ediblər.


Milli Qəhrəman Vahid Quliyev
Modern.az-a çox yaramaz bir düşmənlə üz-üzə olduğumuzu söyləyib. O, ermənilərin rayonlarımızı tərk edərkən törətikləri vəhşiliklərə diqqət çəkib:


“Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu gün həqiqətən də əlamərdar bir gündür. Kəlbəcər maddi sərvərlərlə zəngin rayondu. Gözəl təbiəti, qızıl yataqları var. Mənfur düşmənlərimiz Kəlbəcərin gözəlliklərini məhv ediblər. Onlar hətta ağacları belə kəsib apardılar, apara bilmədiklərini isə yandırıb viran qoydular. Onların bu vəhliklərinə baxmayaraq, biz 10 gün əlavə vaxt da verdik. Prezidentimiz hümanistlik nümunəsi göstərdi. Halbuki, onlar illər öncə xalqımıza şəhəri tərk etmək üçün 10 saat vermiş, insanlarımızı əsir götürüb vəhşicə qətlə yetirmişdilər. İndi isə apara bilmədikləri heyvanları da tələf edirlər. Neyləyək ki, bizim qismətimizdə də belə yaramaz bir xalqla qonşu olmaq var. Dünya bütün bu olanlara həmişəki kimi susur. Qədim Alban məbədlərini yaxıb-yıxdılar. Təbii ki, biz illər sonra torpaqlarımıza qovuşmamızı şəhidlərimizə, ordumuza və Ali Baş Komandanımıza borcluyuq. Gələcəkdə ərazilər minalardan təmizlənəcək, Kəlbəcər dövlətimizin səyləri ilə yenidən dirçələcək və məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar".


Milli Qəhrəman Sahil Məmmədov
isə Azərbaycan xalqına böyük Qarabağ zəfəri ilə bağlı gözaydınlığı verib:


“Bu bütün xalqımızın, ordumuzun sevincidir. Bu vətən uşaqlarının, gözü yolda qalmış insanların sevincidir. Zəfər səsimiz ucalmağa davam edir. Bircə Laçınımız qalıb, ona da qovuşduqdan sonra biz bütöv Azərbaycan olacağıq. Eşq olsun prezidentimizə, eşq olsun  Azərbaycan ordusuna!”.


Milli Qəhrəman Kəlbəcərin alınması münasibətilə rayon sakinlərini təbrik edib:


“Kəlbəcər alimlər diyarıdır, onun xalqı isə çox yaradıcıdır. Rayon ərazisində zəngin qızıl yataqları mövcuddur. İnsanlarımız hər zaman oranın İstisuyu və möhtəşəm təbiəti iə fərəhlənib.  Artıq biz Kəlbəcərimizə qovuşduq, xalqımızın gözü aydın”.


Fidan ƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır