Arxiv
26 Noyabr 2020, 12:02 | AKTUAL
“Fransa Senatının qətnaməsi bütün beynəlxalq sənədlərə ziddir” - Deputat

“Fransa Senatı tərəfindən qəbul edilən qətnamə Fransa siyasəti və parlamentarizmi üçün utancverici bir addımdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüquqa zidd olduğundan həm beynəlxalq miqyasda, həm də Fransanın özündə heç bir hüquqi qüvvəsi yoxdur:

“Qətnamənin qəbulundan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransa hökuməti tərəfindən bu kimi təxribatçı addımların yolverilməz olmasına dair bəyanatın verilməsini tələb edib. Daha sonra dövlət katibi Con Baptist qətnamənin Fransanın neytral tərəf kimi öz nüfuzunu və etibarlılığını itirəcəyini bildirib. Qeyd edib ki, qətnamənin nə Ermənistana, nə Fransaya faydası var”.


Deputat vurğulayıb ki, qətnamə Fransada seçkiqabağı siyasi qüvvələr arasında böhranın bariz göstəricidir:


“Çünki bir tərəfdən Fransa Senatı belə bir siyasi qərar qəbul edir, digər tərəfdən Fransa hökuməti bu qətnaməni zərərli və faydasız hesab edir.

Fransa Senatının qətnaməsi Dağlıq Qarabağla bağlı mövcud olan bütün beynəlxalq sənədlərə, Avropa İttifaqının və Avropa Şurasının mövqeyinə ziddir. Çünki hər iki təşkilat bütün tərəfləri car ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanata qarşı hər hansı fəaliyyətdən çəkinməyi tövsiyə edir. Fransa Senatının bu mövqeyi onların ATƏT-in Minsk Qrupu çərçivəsindəki neytral mandatına ziddir. Ən əsası isə Fransa xalqının marağına, regional enerji maraqlarına ziddir. Beynəlxalq siyasi ictimaiyyət də bu qərardan narahatdır, çünki bu qətnamə başqa donmuş olan münaqişələr üçün mənfi presendent yaradır. Çünki dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54