Modern.az

Dünyanın dəhşətli koronavirus STATİSTİKASI

Dünyanın dəhşətli koronavirus STATİSTİKASI

Dünya

28 Noyabr 2020, 14:51

Dünya statistikasında COVID-19 testi pozitiv çıxan insanların sayı 61 milyon 309 mini keçdi.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada koronavirus pandemiyasına yaxalanan 1 milyon 437 min 845 nəfər həyatını itirib.

Aşkarlanan virus sayı 61 milyon 309 min 218-ə çatdığı halda koronavirus testi pozitiv çıxmış 42 milyon 396 min 882 insan sağalıb.

Virusa ən çox yoluxma və ölüm sayı Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Bellə ki, ABŞ-da 13 milyon 248 min 992 nəfərdə COVID-19 aşkarlanıb. 269 min 560 nəfər koronavirusdan ölüb.

 

ABŞ-dan sonra yoluxma sayı 500 mini keçən ölkələr bunlardır:

“Hindistan (9 milyon 309 min 871), Brazilya (6 milyon 204 min 570), Rusiya (2 milyon 187 min 990), Fransa (2 milyon 183 min 660), İspanya (1 milyon 637 min 844), İngiltərə (1 milyon 574 min 562), İtalya (1 milyon 509 min 875), Argentina (1 milyon 399 min 431), Kolombiya (1 milyon 280 min 487), Meksika (1 milyon 78 min 594), Almaniya (1 milyon 5 min 307), Peru (965 min 347), Polonya (941 min 112), İran (908 min 346), Güney Afrika (778 min 571), Ukranya (667 min 189), Belçika (567 min 532), Şili (545 min 662), İraq (544 min 670), İndoneziya ( 516 min 753), Çexiya (511 min 520), Türkiyə (503 min 738) və Hollandiya (503 min 123)”.

 

Fidan İlqarqızı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi