Modern.az

Fransızlar kükrədi: 130 min etirazçı polisin üzərinə yeridi

Fransızlar kükrədi: 130 min etirazçı polisin üzərinə yeridi

29 Noyabr 2020, 08:18

Fransada 130 mindən çox insan məlumat azadlığına dəstək məqsədilə keçirilən etiraz aksiyalarında iştirak edib.

 

Modern.az "FP"yə istinadla xəbər verir ki, bu barədə BFMTV Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

 

Təkcə Parisdə təxminən 46 min etirazçı küçələrə axışıb. Paytaxtdakı yürüş dinc şəkildə başlasa da, sonradan iğtişaşlarla müşayiət olunub. İğtişaşçılar avtomobilləri və köşkləri yandırıb, polisə daş və su şüşələri atmağa başlayıblar. Polis əməkdaşları 46 aksiya iştirakçısını saxlayıb, 23 polis əməkdaşı xəsarət alıb.

 

Ümumilikdə, ölkədə “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinə qarşı 70-ə yaxın nümayiş keçirilib.

 

Fransanın daxili işlər naziri Jerald Darmanen hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakı hərəkətləri pisləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır