Modern.az

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu

Aktual

29 Noyabr 2020, 13:20

Çadın sabiq xarici işlər naziri Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi olacaq. Nigerin paytaxtı Niameydə başa çatmış İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasının iştirakçıları onun namizədliyini dəstəkləyib.

 

Yeni Baş katib səlahiyyətlərinin icrasına 2021-ci ilin noyabrında başlayacaq.

 

Modern.az xəbər verir ki, sessiyada çıxış edən İƏT-in hazırkı Baş katibi Yusif Əl-Osaymin xələfini təbrik edib. Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faysal bin Fərhan nazirlər adından Hissein Brahim Tahanı təbrik edərək ölkəsinin ona hər cür dəstək göstərəcəyini deyib.

 

O, təşkilatın fəaliyyətində böyük xidmətlərinə görə Yusif Əl-Osayminə təşəkkürünü bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır