Modern.az

Hərbi Dəniz Qüvvələri hərbi hissəyə geri qayıdıb

Hərbi Dəniz Qüvvələri hərbi hissəyə geri qayıdıb

Aktual

1 Dekabr 2020, 18:19

Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları öz missiyalarını başa vuraraq hərbi hissəyə geri qayıdıb.

 

Müdafiə Nazirliyindən (MN) Modern.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.
Sonda xatirə fotosu çəkdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır