Arxiv
2 Dekabr 2020, 21:33 | AKTUAL
Şəhid Sərxan Həsənovun son zəngi: “Ağlama, ana. Oğlunla fəxr elə”

 

Şəhid əmisinin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək arzusu ilə yaşayıb şəhidlik məqamına yüksələn qəhrəman - Sərxan!

 

Sərxan Habil oğlu Həsənov – 08 mart 1999-cu ildə Tovuzun sərhəd kəndi Əlibəylidə doğulub. 2005-ci ilin sentyabr ayında Milli Qəhrəman Qasım Rzayev adına Hacallı kənd orta məktəbinin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2017-ci ilin aprel ayının 3-də həqiqi hərbi xidmətə gedib. 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurub. 2019-cu il yanvarın 15-də snayperçi kursuna gedib. Martın 4-də “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edən kimi qulluğa başlayıb. Sərrast snayperçi bir çox “Fəxri fərman”lar alıb.

Azərbaycan Böyük Vətən Müharibəsinə qumbaraatan olaraq qatılıb Sərxan. Sərxan müharibənin ilk günü Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Bir gün sonra – 28 sentyabr 2020-ci ildə Əlibəyli kənd qəbirstanlığında dəfn olunub.

 

Şəhidimiz tək bacının tək qardaşı idi.

Şəhidimizin əmisi Həsən Əmiraslan oğlu Həsənov 1-ci Qarabağ müharibəsində şəhid olub (21.05.1995), Əlibəyli kənd qəbirstanlığında dəfn olunub.

Şəhidimiz atası ilə telefonla danışanda deyirmiş “ata, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etməkdir”.

 

Anasına şəhid olmamışdan 3 saat öncə zəng vurub şəhidimiz – deyib: “biz əks-hücuma keçmişik. Şəhid olsam, haqqınızı halal edin”. Anası ağlayınca, deyib “Ağlama, ana. Oğlunla fəxr elə”.

 

Sərxan adının anlamı nədir? – Əsas anlamı kimi “Qurd, canavar” göstərilir. 21 yaşında şəhadət şərbəti içmiş, adı Sərxan olan bir əsgərdən danışırıqsa, bu mənanın necə yaraşdığı aydın görünür. – Öz torpağının azadlığı uğrunda vuruşlara atılanların vətəncanlılığı, yurd eşqi örnəkdir. Bu örnək deyilməli, yazılmalı, tərənnüm edilməlidir. Hələ gənckən Vətənə bağlılığını canı, qanı ilə təsdiq edənlərin hansı mühitdə yetişməsi, necə formalaşması öyrənilməli, uşaq və gənclərin təlim-tərbiyəsində o öyrənilənlərdən faydalanılmalıdır.

 

Gənclərimizə eşq olsun!

Dövlətimiz var olsun!

 

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilərin təslim olmaq çağırışını rədd edən ƏSGƏRLƏRİMİZ - Daşaltı əməliyyatı 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17 Teledərslərin bu günə olan CƏDVƏLİ 26 Yanvar 2021, 00:01 “Fənərbaxça” 3 xalı 3 qolla qazandı 25 Yanvar 2021, 23:50 Putin prezidentlikdən sonra çalışacağı sahəni açıqladı 25 Yanvar 2021, 23:38 Baş nazir istefa verəcək 25 Yanvar 2021, 23:29 “Türk Hava Yolları” bu ölkəyə uçuşları dayandırdı 25 Yanvar 2021, 23:17 Sumqayıtda maşın piyadanı vurub öldürdü 25 Yanvar 2021, 23:03 Avtobus qəzasında 21 nəfər öldü 25 Yanvar 2021, 22:54 Xırdalandakı partlayışda yaralananların ADLARI 25 Yanvar 2021, 22:43 “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər” 25 Yanvar 2021, 22:36 Bayden transgenderlərin orduda xidmətinə icazə verdi 25 Yanvar 2021, 22:22 AŞPA-dakı bəzi qruplar vəziyyəti qızışdırmağa çalışırlar - Səməd Seyidov 25 Yanvar 2021, 22:15 Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTO 25 Yanvar 2021, 22:04 ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev 25 Yanvar 2021, 21:51 Partlayış ərazisindən yeraltı qaz kəməri keçmir - “Azəriqaz” 25 Yanvar 2021, 21:42 Avropa İttifaqı peyvəndin başqa ölkələrə daşınmasını məhdudlaşdıracaq 25 Yanvar 2021, 21:29 General Xırdalandakı hadisə yerinə gəldi 25 Yanvar 2021, 21:14