Arxiv
3 Dekabr 2020, 14:20 | PARLAMENT
Belçika Parlamenti ermənipərəst sənədi müzakirəyə çıxarır - Azərbaycan ETİRAZ ETDİ

Qarabağla bağlı Azərbaycanın maraqlarına zidd müddəalar əsasında hazırlanmış sənədi müzakirə edəcək.

 

Belcika parlamenti Qarabağla bağlı Azərbaycanın maraqlarına zidd müddəalar əsasında hazırlanmış sənədi müzakirə edəcək.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, ermənipərəst qüvvələr və erməni diasporu məğlubiyyəti hər hansı formada Avropada aktuallaşdırmaq üçün əlindən gələni edir:

 

"Bundan öncə erməniləri müdafiə edən sənəd Fransa parlamentində, həm aşağı, həm yuxarı palatalarda bu məsələlər müzakirə olunub. Belçika parlamentinin xarici əlaqələr komitəsinə isə üç layihə təqdim olundu. Üçü də ermənipərəst və Belçikanın dağıdılması uğrunda fəaliyyət göstərən qüvvələr tərəfindən təklif olunmuşdu. O sənədlər öncə Azərbaycana qarşı erməni lobbisinin məqsədinin həyata keçirilməsinə xidmət edir. Birinci və ikinci layihələrin içində olan mənfi, qeyri-obyektiv, Azərbaycanın ərazi bütövlüyünə müdaxilə edən müddəaların əksəriyyəti çıxarıldı.
İndi beynəlxalq əlaqələr komitəsinin gündəmində birləşmiş üçüncü layihə mövcuddur. Önəmli nöqtə odur ki, layihədə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə istinad var. Bu variantda sanksiyalardan söhbət getmir. Hansısa qeyri-qanuni rejimdən söhbət getmir. Amma erməni lobbisinin təkidi ilə Azərbaycan və Türkiyəyə qarşı xoşagəlməz ifadələr öz yerini tapır. Prinsipial olaraq bir və ikinci variantda təqdim olunan  qətnamələrdən kəskin fərqlənir. Baxmayaraq ki, qətnamə hələ də gündəmdədir, biz komitə olaraq bunula bağlı etirazımızı bildirmişik. Bu məsələ ilə bağlı beynəlxalq əlaqələr komitəsinə müraciət edib demişik ki, "Pandora yeşiyi"ni açmayın, siz Belçika-Azərbaycan münasibətlərinə xələl gətirə bilərsiniz. Yeni reallığı dəyişdirə bilməzsiniz. Sizin bu qeyri -qanuni müdaxiləniz özünüzə problem yaradacaq. Faktiki burada yaşayan ermənilər haqqında yox, orada sizi idarə edən erməni diasporu haqqında fikirləşirsiniz, heç də xoş nəticələri olmayacaq. 10 noyabrda imzalanmış bəyanat regiona sülh və əmin-amanlıq gətirib. Bunu pozmaq cəhdlərinə son qoyulmalıdır. Mənfi nəticələr sizin özünüzə zərər verəcək”.


Sözügedən məsələyə Belçika dövlətinin münasibətinə gəlincə, deputat Fransadakı vəziyyətin təkrarlana biləcəyini istisna etməyib:

 

"Parlament belə bir qərar qəbul edəndən sonra məsuliyyətli dövlət strukturları dərhal öz münasibətini bildirəcək. Həmin qətnamələrdə beynəlxalq qanuna istinad öz yerini tapacaq. Bu o deməkdir ki, beynəlxalq münasibətlərin təsiri sıfıra enib. Fransadakı kimi, bu öz yerini tapmasa, dövlət orqanları bəyanatla çıxış edəcəklər və ya geri çəkiləcəklər. Belçika qətnaməsində istinadlar var, sanksiyalar yoxdur. Bu o deməkdir ki, faktiki Fransaya ən yaxın olan Belçika, baxmayaraq ki, sənədin özündə bəzi emosional cümlələr əhatə olunub, Fransanın yoluyla getmir. Müzakirələr olacaq, bundan sonra görək hansı sənədi qəbul edəcəklər”.


Aysel Aslan

Fidan ƏLİ

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan virusun cəngində: 351 yoluxma 17 Yanvar 2021, 11:12 “Fənərbağça” klubu Məsul Özili transfer etdi 17 Yanvar 2021, 11:00 Gürcüstanda koronavirusa yoluxma sayı artdı 17 Yanvar 2021, 10:51 Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50