Modern.az

Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev

Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev

Aktual

4 Dekabr 2020, 16:26

Azərbaycanın qazandığı qələbə özü-özünə əldə edilməyib. Bu qələbənin memarı Ali Baş Komandanımız İlham Əliyevdir.

 

Modern.az-ın məlumatına görə, bunu Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hərbçilərimiz canı bahasına bu qələbəni əldə ediblər:

 

“Azərbaycanın əldə etdiyi uğur onun şanlı ordusu və onun xalqı ilə bağlıdır. Bu 44 gün göstərdi ki, Azərbaycan polad bir yumruğa dönərək düşmənlərini əzmək iqtidarındadır. Ona görə də, Allahdan arzumuz odur ki, Azərbaycanın və onun xalqının yalnız xoş günlərini bizə göstərsin”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır