Modern.az

AMEA-nın müxbir üzvü vəfat etdi - FOTO

AMEA-nın müxbir üzvü vəfat etdi - FOTO

24 Dekabr 2020, 01:02

Azərbaycan elminə böyük itki üz verib.

 

Modern.az xəbər verir ki, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev vəfat edib.

Kamran İmran oğlu Əliyev 1953-cü ildə Naxçıvan MR Şərur rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə ilə bitirib. 

 

1976-1979-cu illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub. 1980-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib. 

Folklor İnstitutunun Elmi Şurasının və Müdafiə Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Folklor İnstitutunun şöbə müdiri olub (oxu.az).

 

Allah rəhmət eləsin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır