Modern.az

Rusiya: İndiyədək Qarabağda bu qədər sursat aşkarlanıb

Rusiya: İndiyədək Qarabağda bu qədər sursat aşkarlanıb

Qarabağ

27 Dekabr 2020, 09:27

Rusiya Fövqəladə Hallar Nazirliyinin minaaxtaranları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi işində 10 mindən çox döyüş sursatı aşkarlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-in mətbuat xidmətindən bildirilib.

 

“Rusiya Fövqəladə Hallar Nazirliyinin “Lider” dəstəsinin mütəxəssisləri Dağlıq Qarabağda pirotexnika axtarışları işlərini davam etdirirlər. Bu günə qədər təxminən 53 hektar ərazidə axtarış aparılıb və 10 mindən çox partlayıcı qurğu aşkar olunub”, - məlumatda belə deyilir.

 

Əsas işlər Əsgəran rayonunda və ətraf bölgələrdə aparılır. Tapılan sursatlar arasında 30 mm-dən 152 mm-dək 4,7 mindən çox mərmi, 416 müxtəlif minaatan mərmisi, top mərmiləri üçün 378 partladıcı, “Qrad” çoxsaylı raket sistemlərinin raketlərinin 260 parçası, həmçinin 3,2 mindən çox patron, 540 qumbara və beş “Malyutka” və “Faqot” tipli tankəleyhinə idarəolunan raketlər yer alır.

 

Tapılan sursatların hamısı zərərsizləşdirilməsi üçün Humanitar Minalardan Təmizləmə Mərkəzinə aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?