Modern.az

Naxçıvanın Kərki kəndi 5 günə Azərbaycana qaytarılır – Ermənistan mətbuatı

Naxçıvanın Kərki kəndi 5 günə Azərbaycana qaytarılır – Ermənistan mətbuatı

Ölkə

9 Yanvar 2021, 16:59

Ermənistan mətbuatı Azərbaycan və Ermənistan xüsusi xidmət orqanlarının rəhbərləri Armen Abazyanla Əli Nağıyevin Naxçıcanla sərhəd neytral ərazidə görüşündən yazır.

 

Modern.az xəbər verir ki, rəsmi Yerevan görüşün baş tutduğunu təsdiqləyib.

 

Görüşdə əsir və girov düşmüş şəxslərin qaytarılmasının müzakirə olunduğu bildirilib. Amma Ermənistan mediası Abazyan –Nağıyev görüşü zamanı Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılmasının müzakirə olunduğunu da yazıya əlavə edib.

“Yaxın 5 gün ərzində Tiqranaşen (Kərki) kəndinin Azərbaycana qaytarılması planlaşdırılır”- deyə xəbərdə deyilir

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür