Arxiv
17 Yanvar 2021, 22:49 | AKTUAL
Füzuli həqiqətən də yerlə-yeksan edilib - Baş katib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuna səfər edib. Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

 

Modern.az xəbər verir ki, əvvəlcə qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar. Sonra Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər işğal etdikləri Füzuli şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Rayonda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Qonaqlar Füzuli şəhərinin küçələri ilə gəzib, dağıdılmış məscidin, mədəniyyət evinin və “Araz” qəzetinin redaksiyasının binalarına baxıblar.

 

Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən Türkiyənin milli şairi Kenan Çarboğanın “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə aldığı “Korkutname” əsərinin təqdimatı olub.

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səfər barədə təəssüratlarını jurnalistlərə bölüşərək deyib:

 

“Yenidən Füzuli şəhərinə gəldiyim üçün qürur hissi keçirirəm. Digər tərəfdən buradakı abidələri bu vəziyyətdə görmək ürəyimi ağrıdır. Minilliklərin sınağından keçən, tarixin yadigarı olan bu abidələr indi dağıdılmış vəziyyətdədir. Əslində, tariximizə, insanlığa yönəlmiş bir cinayətdir. Bu, məqsədyönlü cinayət əməlləridir. Dünya ictimaiyyəti tərəfindən mütləq pislənilməlidir. Əminəm ki, dövlətimiz buranı, eyni zamanda Şuşanı, Ağdamı, Zəngilanı, Kəlbəcəri, Qubadlı, Laçını və digər yerlərimizi bərpa edəcək, burada yenidən muğam səsləri eşidiləcək, sənətkarlarımız öz əsərlərini yaradacaqlar. Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondu da öz dəstəyini əsirgəməyəcək".

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev isə deyib:

 

"Füzuli həqiqətən də yerlə-yeksan edilib. Düşünürəm ki, qardaş Azərbaycan xalqı Füzulini bərpa edəcək və bu şəhər ən gözəl, abad şəhərlərdən biri olacaq" (Azərtac).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI 9 mart 2021, 14:54 “Mülki Prosessual Məcəllə”yə dəyişiklik edildi 9 mart 2021, 14:48 Ünvanlı sosial yardım alan ailələrin sayı artdı 9 mart 2021, 14:42 Ölkədə siyasi dialoqun daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradılıb 9 mart 2021, 14:36 YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu - FOTOLAR 9 mart 2021, 14:30 “Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir” - Nazir 9 mart 2021, 14:24 Yaşar Nurinin şəxsi əşyaları oğurlandı 9 mart 2021, 14:18 Başına dəmir lövhəsi düşən qadının ölməsilə bağlı cinayət işi açıldı 9 mart 2021, 14:12 Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO 9 mart 2021, 14:06 Səlimin anası da koronavirusdan vəfat etdi 9 mart 2021, 14:00 Əmək Məcəlləsinə dəyişiklik edilir 9 mart 2021, 13:56 Hansı universitetlərdə koronavirusa yoluxmalar baş verib? 9 mart 2021, 13:51 Hökumətin hesabatı Milli Məclisə daxil olub 9 mart 2021, 13:47 Tahir Kərimli bəzi feministləri “üzdəniraq” adlandırdı 9 mart 2021, 13:43 Yanğınsöndürənlərə çətinlik yaradan maneələr sökülür - VİDEO 9 mart 2021, 13:38 Azərbaycanda övladlığagötürmə asanlaşdırılır 9 mart 2021, 13:33 Azərbaycan çempionatı keçirilməyəcək - QƏRAR 9 mart 2021, 13:28 BMU-da “Mobil Tətbiqlər və Oyun Dizaynı” adlı laboratoriya açıldı 9 mart 2021, 13:23 Adil Əliyev: “Bələdiyyə sədrləri də mükafatlandırılmalıdır” 9 mart 2021, 13:18 Şəhid hərbçimiz Samuxda dəfn olundu - FOTO 9 mart 2021, 13:14 Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2022-ci ilədək uzadıldı 9 mart 2021, 13:10 Erkin Qədirli: “Bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik” 9 mart 2021, 13:05 Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır - Deputat 9 mart 2021, 13:02 Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi 9 mart 2021, 13:00 Deputat Azərbaycana Türkiyə bələdiyyələrinin təcrübəsini təklif etdi 9 mart 2021, 12:58 Azərbaycanda daha bir sabiq nazir HƏBS OLUNDU 9 mart 2021, 12:55 Sabahın hava proqnozu açıqlandı 9 mart 2021, 12:50 Jalə Əhmədova: “Bütün deputatları eyni tərəziyə qoymaq olmaz” - MÜSAHİBƏ 9 mart 2021, 12:46 Mill Cəbhə Partiyasında yeni təyinatlar oldu 9 mart 2021, 12:41 Sabir Rüstəmxanlı: “Xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın” 9 mart 2021, 12:36 Ombudsmanın təklifi ilə 2 072 məhkum vaxtından əvvəl azad edilib 9 mart 2021, 12:30 138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib 9 mart 2021, 12:26 İcra başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib - FOTOLAR   9 mart 2021, 12:20 Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” 9 mart 2021, 12:18 Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı 9 mart 2021, 12:15