Arxiv
18 Yanvar 2021, 12:12 | İQTİSADİYYAT
Şuşaya gedən yol istifadəyə verildi - FOTOLAR

Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumata görə, tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır:

 

“Yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. İlkin hesablamalara əsasən inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur”.

Rəsmi məlumata görə, artıq Şuşa şəhərinədək 101.5 km-lik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib:

 

“Yol boyu bu hissədə 2 hərəkət zolağı enində torpaq yatağı genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.. Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84.6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından  ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. Artıq yolun ilk 6 km-lik hissəsində, həmçinin yeni yolun 27-ci km-dən başlayaraq 4 km-lik hissədə torpaq işləri icra olunaraq yekunlaşdırılıb və yeni yol əsası inşa edilib”.

Həmçinin qeyd olunub ki, Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir:

 

“Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur. Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir”.

 

Şuşa yeni avtomobil yolunun qısa müddət ərzində tikintisinin yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb:

“Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik "Kolin İnşaat" başda olmaqla Türk Şirkətlər Qrupu və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub. Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının və yol əsasının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. Yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik dairəvi suötürücü boruların və düzbucaqlı su keçidlərinin, həmçinin müxtəlif səviyyəli yol qovşaqlarının, avtomobil körpülərinin və tunellərin inşası da layihə üzrə nəzərdə tutulur. Yeni layihə üzrə təyin olunmuş qrafikə uyğun Füzuli-Şuşa yeni avtomobil yolunda inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur”.

 

Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edəcək. 

 

.

Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfqanıstanda hərbi bazaya hücum oldu 26 Fevral 2021, 23:04 Zaqatalada piyadanı maşın vurdu 26 Fevral 2021, 22:53 Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər 26 Fevral 2021, 22:44 BMT Təhlükəsizlik Şurasından peyvəndlərlə bağlı vacib qərar 26 Fevral 2021, 22:33 Vyanada Xocalı soyqırımı qurbanları anıldı 26 Fevral 2021, 22:20 Almaniyada beş məscid bağlandı 26 Fevral 2021, 22:08 Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 “Dünyada bir daha soyqırım olmaması üçün Xocalı caniləri cəzalandırılmalıdır” 26 Fevral 2021, 21:35 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30 Xocalı qurbanlarının xatirəsi Şuşada anılıb - VİDEO 26 Fevral 2021, 19:22 Komitə sədri həmkarlarını “3+3” iqtisadi əməkdaşlıq ideyasını dəstəkləməyə çağırdı 26 Fevral 2021, 19:15 Baş prokuror intiharlardan DANIŞDI 26 Fevral 2021, 19:08 Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTOLAR 26 Fevral 2021, 19:00 Qanunsuz ov edən Salyan sakini SAXLANILDI 26 Fevral 2021, 18:52 Azərbaycan daha bir ölkədən quş ətinin idxalını DAYANDIRDI 26 Fevral 2021, 18:45 Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdü 26 Fevral 2021, 18:38 Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb 26 Fevral 2021, 18:30 Xocalı soyqırımının günahkarları ədalət qarşısında mütləq cavab verəcəklər - Spiker 26 Fevral 2021, 18:22 Yevlax sakinini elektrik cərəyanı vurub öldürdü 26 Fevral 2021, 18:15 Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsidir - Hikmət Hacıyev 26 Fevral 2021, 18:08 Nazir xanım rəisi işdən ÇIXARDI 26 Fevral 2021, 18:00