Modern.az

Komitə sədri şəhid ataları ilə görüşdü - FOTO

Komitə sədri şəhid ataları ilə görüşdü - FOTO

19 Yanvar 2021, 22:14

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid Nurlan Ağakişiyevin atası Etibar Ağakişiyevlə görüşüb.

 

Modern.az xəbər verir ki, Qənirə Paşayeva şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. Özünüz I Qarabağ müharibəsinin qazisisiz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Nurlan Ağakişiyev kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Azərbaycan Ordusunun əsgəri olan oğlunuz Vətən Müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub, II Fəxri Xiyabanda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

 

Q.Paşayeva şəhid əsgərin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

 

***

 

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Xoşçobanlı kənd sakini, şəhid əsgər Musa Mustafayevin atası Əlövsət Mustafayevlə görüşüb.

 

Qənirə Paşayeva şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Musa kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

 

Tarixi zəfər münasibətilə şəhid əsgərin atasına Milli Məclisin Mədəniyyət komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı